• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 14.09.2022 12:29

Xarici jurnalistlər erməni vəhşiliyinin şahidi olublar

KepezTV Player

Xarici ölkələrdən olan media nümayəndələrinin təmsilçiləri Gəncədə erməni terroru nəticəsində raket hücumuna məruz qalan ərazidə olublar. Misir, Əlcəzair və İtaliyadan olan 9 jurnalist Ermənistan Silahlı Qüvvələrinin günahsız mülki insanlara və infrastruktura qarşı həyata keçirdiyi terror əməli haqda ətraflı məlumat verilib, onlar xarabalığa çevrilən əraziyə baxış keçiriblər. Qeyd edilib ki, müharibə dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə cəbhə bölgəsindən kifayət qədər kənarda yerləşməsinə baxmayaraq düşmən tərəfindən hədəfə alınıb, ayrı-ayrı vaxtlarda əhalinin sıx yaşadığı ərazilər gecə saatlarında müxtəlif tipli raketlərlə hücuma məzur qalıb. Bunun da nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs dünyasını dəyişib, 150-yə yaxın insan yaralanıb.