• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 09.09.2022 16:08

Payızlıq əkin üçün gübrələr verilir

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə payızlıq əkin üçün Göygöldə fermerlərə güzəştli şərtlərlə gübrələrin verilməsinə başlanılıb. Aqroservis ASC-nin Göygöl-Daşkəsən bölməsinin anbarlarında fermerlərin isitifadə edəcəyi qədər gübrə ehtiyatı olduğundan təminatda problem yaşanmayacaq.

Dövlətin güzəştli şərtlərlə satdığı gübrələr xəstəlik və ziyanvericilərin qarşısını almaqla yüksək məhsuldarlığın əldə edilməsinə imkan verir. Rayona gətirilən 80 tona yaxın gübrələr Aqroservis ASC-nin Göygöl-Daşkəsən bölməsinin anbarlarında saxlanılır.  Müraciət edənlər fermer kartında olan məbləğ və əkin sahəsinə düşən miqdarda gübrə əldə edə bilər.

Göygöldə fermerlərə payızlıq əkin üçün gübrələrin verilməsinə avqustun sonlarından başlanılıb. Rayonun müxtəlif kənd və qəsəbələrin səyyar şəkildə gübrələrin satışı da həyata keçirilir. Artıq Göygöldə 3906 hektar  əkin sahəsində payzılıq şum əkilib.