KepezTV Player
Gəncədə bu ilin son 4 ayı ərzində Dünya, Avropa, İslam Həmrəylik Oyunları və Beynəlxalq qranpridə mükafata layiq görülən idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Bu aylar ərzində Gəncədə 5 mindən artıq idmançının iştirakı ilə 90-dan çox şəhər yarışı olub. İdmançılar 50-dən çox Respublika, 2 Zona, 7 Dünya, 14 Avropa, 12 Beynəlxalq yarışda iştirak edərək ümumilikdə 302 medal qazanıblar. İdmana olan dövlət dəstəyinin nəticəsidir ki, Gəncə idmançıları da beynəlxalq arenalarda müvəffəqiyyət qazanırlar. Yarışlardan ölkəmizə gətirilən hər bir medalın arxasında böyük zəhmət və əzmin dayandığına diqqət çəkilib. Görüşdə mükafata layiq yerlər tutan idmançılara və onların məşqçilərinə hədiyyələr təqdim olunub.
- Baxış: 426