• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 06.09.2022 12:01

Qəzada ölən və xəsarət alan var

KepezTV Player

Göygöldə yol qəzası baş verib. Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınan hadisədə "VAZ-2107" və "QAZ-53" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alanlardan biri, "VAZ-2107"nin sürücüsü - 1998-ci il təvəllüdlü Ruslan Nəsibov dünyasını dəyişib. Xəstəxanaya yerləşdirilən yaralı - 1996-cı il təvəllüdlü Sərxan Əhmədovun müalicəsi davam edir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.