• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 05.09.2022 15:27

Daşkəsən rayonunda dağ uçqunu baş verib

KepezTV Player

Daşkəsən rayonunun Mollahəsənli kəndində torpaq uçqunu baş verib. 10 hektar ərazini əhatə edən torpaq kütləsi Daşkəsən rayonu ilə Mollahəsənli, Əhmədli, Şahvələdli və Dəstəfur kəndlərini birləşdirən yolun Mollahəsənli kəndindən keçən hissəsini, eyni zamanda ərazidən axan Mollahəsənlisu çayının qarşısını kəsib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Uçqun hadisəsi vaxtı ilə mədən ərazisinin inzibati sərhədləri daxilində yerləşmiş, 1984-1993-cü illər ərzində Dağ-mədən Filizsaflaşdırma Kombinatı tərəfindən mədən üstaçma işləri zamanı əldə edilmiş gil qarışıqlı yararsız torpaq və qarışıq tullantı süxurları anbarı kimi istifadə edilmiş ərazidə baş verib. Torpaq kütləsinin heç bir kimyəvi qarışığı olmadığından hadisənin ətraf mühitə hər hansı bir ekoloji təsiri olmayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.Yolun açılması istiqamətində işlər gedir.