• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3176
— 05.09.2022 13:27

Android 14-də peyk şəbəkəsinin dəstəyi reallaşdırılacaq

Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, SpaceX şirkəti T-Mobile mobil operatoru ilə birlikdə smartfonlarda Starlink peyk internetinin dəstəyini reallaşdıracaq. İndi isə Google təmsilçisi bidirib ki, şirkət Android əməliyyat sistemində peyk internetinin dəstək imkanı üzərində çalışır. Bu barədə məlumatı Google şirkətinin platformalar və ekosistemlər üzrə vitse-prezidenti Hiroshi Lockheimer verib. O bildirib ki, 2008-ci ildə ilk Android smartfon (HTC Dream / T-Mobile G1) üzərində çalışarkən əsas tapşırıqlardan biri də istifadəçiləri 3G və Wi-Fi ilə təmin etmək idi. İndi isə şirkət peyk şəbəkəsinin dəstəyi üzərində çalışır və bu sözügedən imkan artıq növbəti Android versiyası üçün nəzərdə tutulub.

Lockheimer onu da əlavə edib ki, peyk şəbəkəsi ənənəvi LTE ilə 5G-dən fərqlənir. Belə ki, peyk şəbəkəsi hələ ki, məhdud şəkildə çalışır və onun sürəti maksimum saniyədə 2-4 Mbit təşkil edir. “Peyk ilə şəbəkə əlaqəsini yarada biləcək smartfon istifadəçilərinin hansı hisslərə sahib olacaqlarını təsəvvür etmək çətindir. Biz, 2008-ci ildə HTC Dream layihəsini işə salan zaman istifadəçiləri 3G və Wi-Fi ilə təmin etmək qəliz idi. İndi isə biz, smartfonlar üçün peyk şəbəkə dəstəyi üzərində çalışırıq. Bu çox əladır. Bütün bunların növbəti Android-də dəstəklənməsinə şərait yaradacaq partnyorlarımız üçün şadam” - deyə Hiroshi Lockheimer qeyd edib.

Qeyd etmək lazımdır ki, yaxın zamanda smartfonlarda reallaşdırılacaq peyk şəbəkəsi imkanı hələ ki, yalnız fövqəladə hallar üçün nəzərdə tutulacaq. Bundan əlavə olaraq bu cür imkan mobil şəbəkə əhatəsinin ölü zonalarının aradan qaldırılmasında yardımçı olacaq. Məsələn T-Mobile mobil operatoru Starlink vasitəsilə SMS və MMS mesajların dəstəyini, o cümlədən müəyyən messencerlərdə mətnli mesajların göndərilməsi imkanını rellaşdırmağı planlaşdırır. Lakin uzunmüddətli perspektivdə istifadəçilər peyk şəbəkəsi vasitəsilə zənglər reallaşdıra və digər növ məlumatların mübadiləsini apara biləcəklər.