Tanınmış basketbolçu Amil Həmzəyev Azərbaycan Texnalogiya Universtetinin idman zalında tələbə və yeniyetmə basketbolçular ilə görüşüb, onlara ustad dərsi keçib. Həmzəyev taktiki hazırlıq nümunələri göstərib, hücum və müdafiənin təşkili yönündə basketbolçuların suallarını cavablandırıb. Gəncə basketbol məktəbinin yetirməsi olan Amil Həmzəyev müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının şərəfini qoruyub. 16 yaşında əsas milliyə seçilən Amil ən gənc yaşda yığmaya dəvət alan oyunçu kimi adını Azərbaycan basketbolunun tarixinə yazdırıb. Gəncə klubunun tərkibində ölkə çempionatında çıxış edən Həmzəyev mükafatlara yiyələnib. Legioner həyatı yaşayan nadir basketbolçularımızdan olmaqla Ukrayna və Moldovada çıxış edib. Basketbolun 3x3 növü üzrə milli komandanın heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi və gümüş medalçısı, eləcə də beynəlxalq turnirlərin mükafatçısı olub.
Amil Həmzəyev basketbolçu: Sevinirik ki, basketbola maraq var. Bu ildən Gəncənin superliqada komandası iştirak edəcəkdir. Maraq daha da artar. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyində həm qadınlar, həmdə kişilərdə birinci yer olmuşduq. Bu Konyada isə qadınlarda birinci yer, kişilərdə isə ikinci yer olduq. İstərdik ki, birinci yer olaq. Ancaq finalda bir az alınmadır. 20 gündəndən sonra Avstriyada keçirilən Avropa çenpionatına gedəcəyik. Orada da çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək.
- Baxış: 611