• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2045
— 29.08.2022 12:09

Qəza zamanı iki nəfər dünyasını dəyişib

KepezTV Player

Tovuzda ölümlə nəticələn yol qəzası baş verib. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşub. Qəza  nəticəsində Daşkəsən rayon sakinləri - 1988-ci il təvəllüdlü Elçin Əliyev və 1992-ci il təvəllüdlü Elçin Aslanov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Tovuz rayon Düz Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü Müşviq İslamzadə və 2011-ci il təvəllüdlü Fərid Mustafayev isə həyatını itirib. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.