• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 17.08.2022 13:05

Microsoft Windows 10-da qıcıqlandırıcı problemlərdən birini aradan qaldıracaq

Microsoft Edge brauzerinin istifadəyə verilməsindən sonra Windows-da hansı brauzerin standart (default) brauzer qismində seçilməsi prosesini reallaşdırmaq daha qəlizləşib. Belə ki, bu halda Edge brauzerini Chrome brauzerinə dəyişmək üçün istifadəçi əməliyyat sistemin ayarlar bölməsində vaxt itirməli olur. Lakin yaxın zamanda bu qıcıqlandırıcı problem öz həllini tapacaq. Windows 10-nun test edilməsi ilə məşğul olan istifadəçilər sözügedən əməliyyat sisteminin növbəti yenilənməsində bu qəliz prosesin necə sadə üsul vasitəsilə reallaşdırılacağını sərgiləyiblər.

Windows 10 22H2 adlı yenilənmənin beta versiyasında əməliyyat sistemində standart brauzer seçimi üsulu Windows 7-dəki kimi reallaşdırılıb. Prosesə Google Chrome misalında baxaq. Belə ki, Windows 10-da istifadə ediləcək brauzerin standart brauzer qismində seçilməsi üçün istifadəçi sadəcə olaraq Google Chrome brauzerinə daxil olmalı və Google Chrome tərəfindən avtomatik olaraq təklif olunan bildirişdə “Set as default” düyməsinə klikləməli olacaq. Brauzer tərəfindən təqdim ediləcək bildirişdə Chrome brauzerinin, əməliyyat sisteminin standart brauzeri qismində seçilməsi təklif edilir.

Windows 10 22H2

İstifadəçi “Set as default” düyməsinə klikləyəndən sonra Google Chrome həmçinin əməliyyat sisteminin ayarlar bölməsində də avtomatik olaraq standart brauzer qismində qeyd ediləcək. Qeyd etmək lazımdır ki, Windows 11-də bu cür üsul hələ ki, mövcud deyil. Firefox və Opera bir kliklə standart brauzer seçimi özəlliyini artıq dəstəkləyirlər. Google Chrome isə bu özəlliyi bu ilin payız fəslində əldə edəcək. Windows 10 22H2 yenilənməsinə gəldikdə isə onun gələn ay istifadəyə veriləcəyi gözlənilir. Windows 11-də bu cür özəlliyin olub-olmayacağı isə bilinmir.