• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 15.08.2022 12:00

Silosluq qarğıdalıdan yüksək məhsul götürüləcək

KepezTV Player

Ölkədə heyvandarlığın inkişafı istiqamətində yem bazasının formalaşdırılması da ən vacib işlərdəndir. Bu planda Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi Tədqiqat  İnstitutununda da yem üçün qarğıdalı əkini aparılıb ki, bu il sahədən yüksək məhsuldarlıq götürülməsi gözlənilir.

İnstitutun yardımçı təsərrüfatında əkilən qarğıdalı 1 hektar ərazidə becərilir. Yüksək məhsuldar olan AQM 1680 sortunun səpildiyi silosluq qarğıdalı hazırda süd yetişmə fazasındadı. 5-ci suvarması demək olar ki, başa çatan bitkinin yaxın günlərdə biçini aparılacaq. İqtisadi cəhətdən səmərəli olan, yəni yem kimi həm dəni, həm də yaşıl kütləsi istifadə edilən bu susevən bitkidən göygöllü fermer Niyaz Abbasov cari il ürəkaçan məhsul götürəcəyini düşünür.

Dünya praktikasında ərzaq və texniki məqsəd üçün də əkilsə də, qarğıdalı ən çox heyvandarlıq və quşçuluq sahəsində yem rolunu oynayır. Bu bitkinin tərkibindəki maddələr zəngin olduğuna görə qarşıdakı illərdə əkin sahələrinin genişləndirilməsi planlaşdırılır.

Təbii ki, hava şəraitindən və digər ətraf mühit amillərinin təsirindən qarğıdalıda bir çox xəstəliklər də əmələ gəlir. Eləcə də, müxtəlif zərərvericilər bitkinin inkişaf etməsinə əngəl olur. Bunlarla bağlı da qabaqlayıcı tədbirlər həyata keçirilib ki, məhsuldarlıq aşağı düşməsin.

Bu il Göygöl rayonunda ümumilikdə 306 hektar ərazidə qarğıdalı əkini aparılıb ki, bitki 38 hektarda ərzaq, 268 hektarda isə yem tədarükü üçün nəzərdə tutulub.