• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 11.08.2022 20:29

Yarımstansiyada yanğın olub

KepezTV Player

Tovuzda yarımstansiyada yanğın baş verib. Hadisə Tovuz elektrik yarımstansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Müəyyən müddətdə elektrik enerjisinin verilməsi dayandırılıb. FHN-dən verilən məlumata görə, rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb. Yarımstansiya yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. "Tovuzdakı yarımstansiyada yanğına səbəb 6 kv-luq izolyasiyalı xətdə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub". Bu barədə isə "Azərişıq ASC-dən məlumat verilib. "Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib" - deyə məlumatda bildirilib.