• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2414
— 10.08.2022 12:57

Dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib

KepezTV Player

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.

Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və digər rəsmi şəxsləri qarşılayıb.Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonaqları salamlayaraq "İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır” - deyə bildirib.