Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Asim Həsənov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4 307 manat miqdarında maddi ziyan vurub. Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətməsi istisna edilimir. Həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Tovuz rayon Polis Şöbəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 622