• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 01.08.2022 18:22

Yüksək keyfiyyətli yeni pambıq sortu yaradılır

KepezTV Player

Ağ qızıl hesab edilən pambıqda sahələrdən bol məhsul götürmək üçün aqrotexniki qulluqla yanaşı bitkinin sortunun keyfiyyətli olması daha çox önəmlidir. Məhz onun üçün də yeni məhsuldar sortların olması vacibdir. Şübhəsiz ki, bunun da məsuliyyəti elm adamlarının üzərinə düşür. Bunu nəzərə alan Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnistitutunun alimləri Türkiyədən gətirilən  pambıq sortları ilə birlikdə yeni pambıq növünün yaradılması üçün təcrübə sınaqları aparırlar.

Bu ilin əvvəlindən başlıyaraq Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnistitutunun elm adamları Türkiyəli mütəxəsislər ilə birlikdə Beynəlxalq layihə üzərində çalışırlar. Beləki, Türkiyədə yetişdirilən 6 pambıq sortu İnistitutun Samuxda yerləşən təcrübə sahəsində əkilib. “Armada”, “Ramzes”, “Lazer”, “Bayaz Altun 440”, “Bayaz Altun 10-10” və “Bayaz Altun 212” pambıq sortları ilə yanaşı inistitunun seleksiyaçılarının yetişdirdirərək yaratdıqları “Gəncə 160” və “Gəncə 182” sortları da burada əkilərək sınaqdan keçirilir. Hər bir pambıq sortu ayrılıqda 4 cərgədə əkilib. Hazırda elm adamları tərəfindən sahələrdə tarla müşahidələri aparılır.

Elçin Xəlilov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru:Bu layihədə əsas məqsəd bizim inistitutun əməkdaşları tərəfindən yaradılan sortlar onların vegetasiya müddəti çox qısa olmaqla yanaşı toxuculuq sənayesinin təlabatına cavab verir. Lakin lift çıxımı baxımında geri qalır. Əsas məqsəd məhsuldarlğı yüksək olmaqla yanaşı yüksək lift çıxımlı ortaq sort yaratmaqdır. Layihənin bəndlərinə uyğun olaraq elmi tədqiqat işləri həyata keçirilir.

Bu sortlar həm yüksək lift keyfiyyətinə eləcədə lift çıxımına malikdir. Hazırda ağ qızılın sahədə mütəxəsislər tərəfindən bialoji xüsusiyyətləri, təsərrüfat qiymətli göstəriciləri həmçinin Respublikanın bölgələrinə uyğun adaptasiya qaydaları da öyrənilir. Məqsəd əldə edilən sortların seçimini aparıb fermerlərə təhvil verməkdir.

Ələddin Tağıyev Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Seleksiya şöbəsinin müdiri: Bizim seleksiyaçılar bu işləri Türk mütəxəsisləri ilə birlikdə bu sortlardan hibridləşmədə istifadə ediləcəkdir. Əsas bizə yüksək məhsuldar, yüksək lift çıxımına malik yeni pambıq sortları yaratmaqdır. Bizim yerli pambıq sortlarının lifinin keyfiyyəti vegetasiya müddəti 100 gündür, lifinin çıxımı geriləmədir. Lakin Türk sortlarında lift çıxımı yüksəkdir. Hazırda Respublikada fəaliyyət göstərən 15 pambıq şirkətinin də tələbi odur ki, yüksək keyfiyyətli litf çıxımlı pambıq sortu yaradılsın.

Bundan başqa əvvəlki illərdə də inistitutun təcrübə sahəsində Pakistan və İsraildən gətirilən pambıq sortları üzərində də təcrübə aparılıb və yüksək keyfiyyətli pambıq xətləri alınıb.  Bu sortlar yaxın günlərdə Dövlət Sort Sınağına təqdim ediləcək. Hazırda İnistitut tərəfindən Dövlət Sort Sınağına "Gəncə 250" pambıq sortu verilib. Əgər nəticələr qənaətbəxş olsa bu yaradılan yeni sort fermerlərə təqdim olunacaq.

Elnur Vahidoğlu