Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Forumda iştirak edən 20-dək ölkənin xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri Şuşa adlı təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.4 paneldən ibarət Forumda Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə təbrik məktubunu media nümayəndələrinin diqqətinə çatdırıb.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı Fərmanın özündə köklü dəyişiklikləri əks etdirməklə qarşıya yeni və daha məsuliyyətli vəzifələr qoyduğunu deyən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər mediada şəffaflıq, cəmiyyətin obyektiv şəkildə məlumatlandırılması prinsiplərinə təkan verir.Tədbirdə iştirak edən əcnəbi nümayəndələr arasında "Anadolu" agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və ekspertlər var.
- Baxış: 606