• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1377
— 20.07.2022 23:15

Dələduzluq edən qadın saxlanılıb

KepezTV Player

Şəmkir rayon polis Şöbəsinə daxil olmuş çox saylı müraciətlər əsasında vətəndaşlara sosial mənzil, pensiya, işə qəbul və sosial yardım düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanılıb.Rayon sakini Yeganə Yusifovanın qeyd edilən faktlardan başqa bir neçə vətəndaşa məxsus qızıl-zinət əşyalarını da almaq adı ələ keçirməsi və pulunun ödənilməməsi də məlum olub. Bundan başqa saxlanılan şəxs 2 vətəndaşın fala baxmaq və cadu etmək adı altında ayrı-ayrılıqda 6000 və 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ümumilikdə 21 nəfərdən 56940 manat pulu dələduzluq yolu ilə mənimsəyən Yeganə Yusifova barəsində axtarış elan edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Şəmkir Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.