KepezTV Player
Gəncədə Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələri ilə görüş keçirilib. Tədbirdə milli mətbuatımızın keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edilib. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız xalqın maarifləndirilməsi yolunda misilsiz xidmətləri qabardılıb. Bu gün Respublikamızda istər qəzetlər, jurnallar, istərsə də televiziya, radio və saytlar bu missiyanı layiqincə yerinə yetirir. İkinci Qarabağ müharibəsində də xalqa cəbhədə qazanılan qələbələr barədə məhz media nümayəndələri dolğun xəbərlər çatdırırdı. Tədbirdə şəhər rəhbərliyi və mədəniyyət idarəsi tərəfindən bir qrup media işçisinə fəxri fərmanlar təqdim edilib.
- Baxış: 321