KepezTV Player
Samuxda 1-ci Qarabağ müharibəsi şəhidi Şaiq Orucovun anım mərasimi keçirilib. Şəhidin ali zirvəyə ucalmasının 30-cu ildönümü münasibətilə ilk olaraq onun qəbri ailəsi, yaxınları tərəfindən ziyarət edilib, önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Ardınca anadan olduğu Bağbanlar kəndində Şaiq Orucovun adını daşıyan küçənin girişində anım tədbiri keçirilib. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən igidin döyüş yolundan danışılıb. Məktəblilər qəhrəmanlıq, vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Sonda isə Şaiq Orucovun şəkli əks olunan lövhənin açılışı baş tutub. Könüllü olaraq o vaxtkı Xanlar batalyonundan müharibəyə yollanan samuxlu döyüşçü 1992-ci ilin məhz bu günü Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.
- Baxış: 624