Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.07.2022 11:59
Gəncədə "Volqa" qaçırıldı
KepezTV Player
İyulun 17-də Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər sakininə məxsus “GAZ-24” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis Bölməsinin əməkdaşlarının isti izlərlə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Həsənov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin sərxoş halda avtomobil qaçırması məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 687