Altı il əvvəl qardaş Türkiyə xalqı Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edərək, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərib, dünyaya bir daha qüdrətini və əzəmətini sübut edib. 15 İyul hadisələri ilə əlaqədar təsis edilmiş “Demokratiya və Milli Birlik Günü” qəhrəman xalqınızın Vətəninə və dövlətinə bağlılığının, dövlətçiliyə və demokratik ənənələrinə sadiqliyinin təcəssümüdür. Prezident İlham Əliyevin Ərdoğana 15 İyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı ünvanladığı məktubda belə deyilir. Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınayıb. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik - deyə prezident qeyd edib.
- Baxış: 403