• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2330
— 13.07.2022 11:53

Qazax sakinində narkotik aşkar olunub

KepezTV Player

Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Rüstəm Abdullayev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə külli miqdarda narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar edilib. Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.