KepezTV Player
Tovuzda kütləvi dava qanla bitib. Gənclər aralarındakı narazılığa bıçağa əl atmaqla son qoyublar. Hadisə rayonun Aşağı Quşçu kəndindəki çay evlərinin birinin qarşısında qeydə alınıb. Dava zamanı tərəflər bir-birinə bıçaq zərbələri endiriblər. Nəticədə 35 yaşlı Anar Tağıyev, 39 yaşlı Vüsal Əhmədov və 35 yaşlı Nizami Vəliyev bıçaqlanıblar. Sonuncu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanılıb.
- Baxış: 708