• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 07.07.2022 15:58

Qazaxda çətənə yetişdirən şəxs saxlanılıb

KepezTV Player

Sabunçu rayonunda evin həyətində xeyli miqdarda çətənə kolu aşkar edilib.Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi və Quba Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini V.Quliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 104 kiloqramdan artıq çəkidə 6256 ədəd çətənə kolu götürülüb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Canallı kənd sakini Aslan Qocayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi Kannabis bitkiləri aşkarlanıb. Əraziyə baxış zamanı oradan 47 ədəd ümumi çəkisi 5 kq 205 qram olan çətənə kolları götürülüb. Bundan başqa həmin ünvandan 255 qram çəkidə qurudulmuş marixuanda da aşkar edilib.Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Araşdırmalar davam etdirilir.