• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 04.07.2022 16:13

Biçilmiş taxıl sahələrinin yandırılması məsuliyyət yaradır

KepezTV Player

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə maarifləndirmə tədbiri keçirilib. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Gəncədə reallaşan görüşdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının əhəmiyyəti vurğulanıb. Kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi önə çəkilib. Meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması üçün adiyyatı qurumlarla təsərrüfatçıların birgə əməkdaşlığının daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb. Dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindən olduğu və bu sahədə onların qarşısında ciddi məsələlər durduğu xatırladılırb. Biçilmiş taxıl sahələrinin yandırılmasının qadağan olduğu və buna görə taxıl sahəsinin sahibinin məsuliyyət daşıdığı bildirilib.