KepezTV Player
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. "Açıq mikrofon" şəraitində keçən görüşdə sakinlərin problemləri dinlənilib. Müraciətlər əsasən işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlərlə bağlı olub. Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.
- Baxış: 427