• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1503
— 29.06.2022 12:02

"Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

KepezTV Player

İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. "Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - nazirlikdən bildirilib.