• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 28.06.2022 20:43

DYP əməkdaşları reyd keçirib

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində reydlər təşkil ediblər. Həyata keçirilən yoxlamalar axşam saatlarına təsadüf edib.

Asayiş keşikçiləri şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayaraq avtomobillərində etdikləri dəyişiklərin qadağan olduğu və şəhər sakinlərinin həm təhlükəsizliyini, həm də rahatlığını pozduğu izah edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yol polisi tərəfindən yerindəcə qanuna zidd olaraq maşınlarına başqa avadanlıqlar quraşdıran sürücülər barəsində müvafiq tədbirlər görülüb.

Reyd zamanı əsasən konstruksiya dəyişikliyi edərək maşınların ön hissəsini qaldıran,  çoxavazlı siqnallardan istifadə edən sükan sahibləri saxlanılıblar. Etdikləri dəyişiklərə görə inzibati qaydada cərimələnə və  avtomobilləri dayanacağa aparılan sürücülərin əksəriyyətini gənclər təşkil edib. Yoxlamalarda demək olar ki, qadağan olunan qurğuların hamısı rus istehsalı olan nəqliyyat vasitələrində aşkarlanıb.

Təbii ki, sürücülər avtoxuliqanlıq etməklə açıq şəkildə vətandaşların həyatına da təhlükə törədirlər. Bundan narahat olan şəhər sakinləri də keçirilən reydin təqdirəlayiq hal olduğu deyiblər.

Yol polisi bir daha sürücülərə müraciət edərək bildirir ki, avtomobillərini qayda-qanuna uyğun idarə etsinlər. Təhlükəsizliyi təmin etmək və neqativ halların qarşını almaq məqsədilə Gəncədə bu cür reydlər mütəmadi olaraq davam edəcək.