• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1702
— 26.06.2022 20:15

Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür

KepezTV Player

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Silahlı Qüvvələrin yaradılmasından 104 il ötür. Ölkədə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyulub, nizami ordu yaradılıb.Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 iyun - Silahlı Qüvvələr Günü elan olunub. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.

Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü böyük Zəfərlə qeyd olunur. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanılıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşüb.