• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 25.06.2022 16:11

“Təhsil vloqeri” müsabiqəsinin qalibi olan müəllim

KepezTV Player

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “Təhsil vloqeri” müsabiqəsində 2 müəllim qalib elan olunub. Uğur qazananlardan biri Gəncə şəhər 41 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimovdur.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinin qalibləri təqdim edilən materialların təhlili nəticəsində münsiflər heyəti tərəfindən seçilib. Nəticələrə əsasən, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin STEAM müəllimi və Gəncə şəhər 41 nömrəli tam orta məktəbin coğrafiya müəllimi müsabiqənin ən yaxşıları elan edilib.

Müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

İlk dəfə keçirilən və bütün təhsil pillələri üzrə dərs deyən müəllimlərin iştirak edə biləcəyi  müsabiqəyə Gəncə və ətraf rayonlardan ümumilikdə 400- ə yaxın müraciət daxil olub.  Öz vloqu ilə seçilməyi bacaran coğrafiya müəllimi Arzu Kərimov deyir ki, belə müsabiqələrin keçirilməsi fərqli ideyaları olan müəllimlərə əlavə stimuldur.

Gənc müəllim hesab edir ki, bölgələrdə fəaliyyət göstərən müəllimlərin tanıdılması və maraqlı öyrənmə mühitinin yaranması olduqca əhəmiyyətlidir.