“Ölkəmiz üçün prioritet təşkil edən Ermənistanla münasibətlərin normallaşdırılması və regionda dayanıqlı sülhün təminatı prosesi Minsk qrupu formatının girovu ola bilməz”. Belə bir bəyanatla Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxış edib. Eyni zamanda o, rəsmi Bakının sözü gedən qrupla müzakirələrdən imtina etmədiyini açıqlayıb. Əlavə edib ki, Azərbaycan Minsk qrupu üzvlərindən formatın gələcək rolu ilə bağlı açıqlamalar gözləyir. Nazir bölgədə sülh və əməkdaşlıq mühitinin yaradılmasına da toxunub.
Ceyhun Bayramov xarici işlər naziri: Azərbaycan hesab edir ki, bu münaqişə keçmişdə qalıb və daimi sülh və regionda sabitliyin təmini üçün əldə edilmiş razılaşmaya əməl edilməlidir. Biz hər dəfə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli razılığın əldə olunmasında Rusiya Federasiyasının rolunu yüksək dərəcədə qiymətləndiririk. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, dövlətlərarası münasibətlərin normallaşdırılması üçün əldə olunan razılığa əməl edilsin Bu da bütün regionda əlaqələrin inkişafının təminatçısıdır, çünki iki ölkə arasında əlaqələrin normallaşmasının uzanması, neqativ nəticələr və ciddi risklər yaradır.
- Baxış: 460