• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 734
— 24.06.2022 20:11

İdman elminin müasir aspektləri

KepezTV Player

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunan İdman elminin müasir aspektləri mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfransın məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir. Elmi praktiki tədbirdə Respublikamızın və Avropanın beynəlxalq səviyyədə tanınan mütəxəssisləri bilik və təcrübələrini iştirakçılarla bölüşəcəklər.

Maykl Pol Luzmor London Kollec Universitetinin professoru: Bu cür yerli və xarici qonaqların iştirak etdiyi tədbirin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Xüsusilə Bakının belə konfransı qəbul etməsi sevindirici haldır. Belə tədbirin təşkili idmanla elmin əməkdaşlığı baxımından olduqca önəmlidir. Elmli və sağlam idmançılar hər bir ölkə üçün önəmlidir. Belə konfranslar buna tövhə verir. Azərbaycanın da bu sahədə xüsusi yeri var. Belə tədbirin burada keçirilməsi ölkənin idman siyasətinin göstəricisidir.