• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 24.06.2022 20:31

"Yay məktəbi"nin monitorinqi aparılır

KepezTV Player

Başa çatan tədris ilinin növbəti iki həftəsi Yay məktəbi formatında davam edir. Gəncənin 43 məktəbindən 3641 şagirdin cəlb edildiyi əlavə tədris müddətində il ərzində keçilənlər əyləncəli şəkildə təkrarlanır. Yay məkətblərinin monitorinqi də aparılır.

Banu Hüseynzadə şagird: Yay məktəbində müəlliməmizlə birlikdə top oynayırıq. Sinif yoldaşlarımızla oyun oynayırıq. Dostlarımızla əylənirik, yay məktəbi çox maraqlı keçir. Yay məktəbini biz çox sevirik.

İyun ayının 16-dan Gəncənin orta məktəblərinin şagirdləri yay məktəbində iştirak edirlər. Dərslər məktəbin həyətində, açıq havada müxtəlif maraqlı oyunlarla keçilir. Hər bir dərs özünəməxsus, fərqli məzmunla şagirdlərə aşılanır. 16 nömrəli orta məktəbində yay məktəbində 500-ə yaxın şagird yazılıb. Bu günki tapşırıqlar yol hərtəkət qaydaları və yanğından mühafizə üsullarına həsr edilib. Məşğələlərə təhsil idarəsinin metodisləri tərəfindən nəzarət edilir.

Zeynəb Abdıyeva  şagird: Biz yay məktəbinə iki ildir ki, gəlirik. Biz ekskursiyalar edib muzeylərə gedirik. Riyaziyyatdan fiqurlarla min dairədən misallar, texnalogiyya dərsindən gözəl fiqurlar düzəldirik. Rəngləmələr işləyirik və çox əyləncəli olur.

Səadət Şıxıyeva  müəllimə: Uşaqlar bu müddət ərzində hiss olunur ki, yorulmadan öyrənirlər. Uşaqlar oksigen alaraq təbiətlə təmasda olurlar. Bu da uşaqların öyrənməsinə müsbət təsir göstərir.

1 nömrəli orta məktəbində 150-ə yaxın şagird yay məktəbində iştirak edir. 1-10-cu sinfləri əhatə edən məşğələlər saat 9-da başlayır. Şagirdlər əl işləri, səhnəciklər hazırlayır, şerlər söyləyirlər. Həm əylənirlər, həm də öyrənirlər.

Gülnar Məmmədova  direktor müavini: Valideyinlərdə bu yay məktəbində xüsusi faəllığı var. Şagirdlər yay məktəbinə gəlməyi sevirlər. Bu dərslərdə iştirakı sevirək gəlirlər.

12 nömrəli məktəbdə isə vətənpərvərlik ruhunda təşkil edilən yay məktəbində 200-ə yaxın şagird əyləncəli məşğələlərlə yanaşı, şəhidlərin adına olan siniflərdə vətən müharibəsinə həsr edilən filmləri, videoçarxları izləyirlər.

Aynur Əkbərova  şagird: Bu gün Azərbaycan tarixində mühüm yer tutan İkinci Qarabağ müharibəsi haqqında dərs keçirik. Yay məktəbi maraqlıdır. Burada biz ənənəvi dərslərdən fərqli olaraq əyləncəli məşğələlərdə keçirik.

Əminə Rəhimli  şagird: Bu gün yay məktəbində bizə vətən müharibəsindən keçdilər. Yay məktəbi çox gözəl keçir.

Yay məktəbləri xüsusi proqramlar əsasında müəllimlər tərəfindən hazırlanıb. Bu uşaqların maraqları nəzərə alənmaqla həyata keçirilir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 169 məktəbdən 10 min 579 şagird yay məktəbində iştirak edir.

Anar Qədiməliyev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 10 mindən artıq şagird bu prosesə cəlb olunmuşdu. Bu hesab edirik ki, şagirdlərin qarşısnda duran həm də müəllimlərin proqramları çərçivəsində zəmin yaradacaqdır. Bizim manitorinqlərdə davam edir. Biz bununla bağlı ictimayyət üçün də sosil şəbəkələrlə paylaşımlar da edirik. Biz pandemiyyada tam əhatə edə biməmişdik. Bu boşluğu bərpa etmək üçün hesab edilirik ki, ən yaxşı vastə bu yay dövründə həm asudə vaxtın səmərəli təşkili, paralel olaraq yaranan boşluğu doldurmaq üçün nəzərdə tutulub.

Yay məktəbləri iyunun 30-na kimi davam edəcək.

Elnur Vahidoğlu