• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 23.06.2022 12:10

FHN əməkdaşları selin fəsadlarını aradan qaldırırlar

KepezTV Player

Goranboy rayonuna yağan güclü yağış və sel bir sıra fəsadlara səbəb olub. Əsasən rayonun Yuxarı və Aşağı Ağcakənd kəndlərinə ciddi ziyan dəyib. Ərazidən keçən Qara Goran çayının məcrasından çıxması yaşayış massivlərinə ziyan vurub.

Dünən axşam saatlarından başlayaraq yağan güclü yağış və sel nəticəsində Goranboy rayonu Aşağı Ağcakənd kəndi ərazisində ətraf evlərə, həyətyanı ərazilərə su dolub. Məcburi köçkünlər üçün salınmış 306 fərdi evdən ibarət qəsəbəyə ziyan dəyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qəsəbənin daxili yol və küçələrini su basıb, 12 fərdi evin zirzəmisinə su dolub. Məcburi köçkün ailələrin yardımçı təsərrüfatlarına da ziyan dəyib: ev quşları arasında tələfat var, həyətyanı sahələrdə bəzi ağaclar və əkinlər məhv olub

Fövqəladə hallar Nazirliyinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalan 6 ailəyə köməklik göstərilib və xilas olunub. Bundan başqa, 6 evdə su çəkmə, lildən təmizləmə əməliyyatları həyata keçirilib. Eyni zamanda, sel vaxtı 6 avtomobilə də ziyan dəyib.

FHN-in Aran Regional Mərkəzin əməkdaşları tərəfindən suçəkmə və lildən təmizləmə əməliyyatları davam etdirilir.