• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 22.06.2022 20:35

"Şuşa biz gəldik" adlı konsert keçirilib

KepezTV Player

Gəncədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şuşa ili"nə həsr olunan  "Şuşa biz gəldik" adlı konserti baş tutub. Çıxış edənlər respublikada keçirilən yerli və beynəlxalq yarışlarda öz maraqlı çıxıları ilə yadda qalan Filarmoniyanın balacaları həmçinin xarici ölkələrdə də dövlərimizi layiqincə təmsil ediblər. Bu il mədəniyyət ocağının 30 illiyinin qeyd edilməsi kollektiv üçün daha məsuliyyətli və sevindiricidir. Konsertdə Filarmoniyyanın balaca üzvləri Gəncə tamaşaçılarına 15-ə yaxın milli rəqslərimizi nümayiş etdirib, bəstəkar və xalq mahnılarımızı səsləndiriblər. Balacaların bu konserti böyük maraqla qarşılanıb.

Dilarə Əliyeva Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru: Otuz ildir biz Qarabağımızın, Şuşamızın həsrətində yaşamışıq. İndi isə biz qələbəni qeyd edirik. Bu bizim üçün iki qat bayramdır. Çoxdankı arzum idi ki, Gəncədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsertlə çıxış eləsin. Allah bunu bizə nəsib elədi.

Nigar Zeynalova  rəqs kollektivinin bədii rəhbəri: Uşaq milli rəqsə gələrkən öz torpağını, öz xalqını sevəcək. Biz çalışırıq ki, məşq prosesində bunu uşaqlara izah edək.

Rövşən Nəsirov  tamaşaçı: Çox gözəl konsertdir, konsertdə rəqslər, ifalar vardır. Gəncə Şəhər Dövlət Filarmoniyyasında belə gözəl konsertlərin həmişə olmasını istəyərik. İnşallah belə konsertlər burada daha çox olsun.