• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 22.06.2022 13:36

"Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açır"

KepezTV Player

"Bizim ümumi səylərimiz və daha yaxınlaşma istəyimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb". Bunu Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.Özbəkistan Prezidenti bildirib ki, xalqların mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli möhkəmləndirməyə hazırdılar.

Şavkat Mirziyoyev Özbəkistan Prezidenti: Siz indicə sanballı sənədlər paketinin imzalanmasının şahidi oldunuz. Onların arasında Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açır. Biz, həmçinin qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etdik. Bizim ən mühüm prioritetimiz ticarəti və sənaye kooperasiyasını genişləndirməkdir. Bu istiqamətdə ciddi irəliləyişlər müşahidə edirik.

Bu gün biz razılaşdıq ki, komandalarımızın və ya nümayəndə heyətlərimizin hazırladığı rəqəmlər üzərində dayanmayacağıq, çünki rəqəmlər heç nə demir. Əlbəttə, mən deyə bilərəm ki, onlar altı dəfə artıb, lakin məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmirsə və deyiriksə ki, sıfırdan başlayaq, çox real, bütün istiqamətlərdə, iqtisadiyyatımızın bütün sahələrində geniş əhatəli layihələri inkişaf etdirəcəyik. Bir daha demək istəyirəm, biz qarşılıqlı fəaliyyətimizi əsaslı şəkildə fəallaşdırmaq barədə razılığa gəldik. Bundan ötrü bizim geniş imkanlarımız, hər şeydən əvvəl iqtisadiyyatlarımızın qarşılıqlı tamamlanması amili var. Bu ərəfədə keçirilmiş biznesforumun yekunlarına əsasən yarım milyard dollardan artıq məbləğdə sazişlər və kontraktlar imzalanıb. Əlbəttə, yarım milyard rəqəmi nəyəsə dəlalət edir, lakin o, bizim imkanlarımıza müvafiq deyil.