• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 20.06.2022 20:39

Narkotik yetişdirən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilib. Şəhər sakini Ceyhun Bağırovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri götürülüb. Baxış zamanı oradan ümumi 54 ədəd çətənə kolu aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.Faktlarla bağlı araşdırmalar davam etdirilir.