• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 20.06.2022 10:58

Şəkərli diabet xəstələrinin rahatlığı təmin olunub

KepezTV Player

Şəmkirdə rayon əhalisinə göstərilən endokrinoloji xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə şəkər əleyhinə olan dərman preparatlarının verilməsi yeni qayda ilə həyata keçirilir. Şəkərli diabetdən əziyyət çəkənlər əvvəllər onlara dövlət tərəfindən verilən dərmanları müəyyən edilmiş günlərdə əldə edə bilirdisə, artıq ay ərzində həftənin altı günü Rayon Mərkəzi Xəstəxanasından götürə bilirlər. Bunun üçün pasientlər əvvəlcə xəstəxanın qeydiyyat şöbəsində növbə götürür və həkim müayinəsindən keçərək səhhətinin son durumu haqqında məlumat alır. Daha sonra həkimlər tərəfindən yazılan resptlərə uyğun dərman preparatlarını rahatlıqla əldə edirlər. Şəkərli diabet xəstələri xidmətin bu formada göstərilməsindən razılıqlarını ifadə ediblər. Şəmkir rayonunda təxminən 7000 şəkərli diabet xəstəsi var.

Rizvan Vəliyev sakin : Özüm Çənlibel kəndində yaşayıram. Dağ zonasından gəlmişəm. Qabaqlar bizdə çox çətin idi. Gəlirdik həftələrlə dərmanımızı ala bilmirdik. Amma indi çox şükür möhtərəm prezidentimizin sayəsində biz dərmanlarımızı tam sərbəst ayın istənilən günü ala bilirik.

Mehman Mustafayev sakin: Şəkər xəstəsiyəm. Əvvəllər çətinlik çəkiridk. İndi gözəl şərait yaradılar. Rahat şəkildə dərmanlarımızı alırıq.

Cavad Hüseynov əczaçı: İcbari Tibbi Sığorta və TƏBİB tərəfindən biz yazdığımız tələb tam təmin olunub. Təminat olduğu üçün bizdə imtiyazlı qrup şəkərli diabet xəstələri 1-dən 30-dək xəstəxanaya yaxınlaşaraq həkimlərə resptlərini yazdırıb aptekdən dərmanlarını alırlar. Birinci qrup əlillər və müəyən ağır xəstələrın qeydiyyatı aparılır və onlara ünvanlarında çatdıracağıq.