• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 19.06.2022 20:01

Qlobal Bakı Forumunun iştirakçıları Şuşada

KepezTV Player

Azərbaycan işğaldan azad edilmiş ərazilərinə səfər edən 9-cu Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gediblər. Forum çərçivəsində “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Yenidənqurulması və İnkişafına Baxışı” mövzusunda panel müzakirələri aparılıb. Ətraflı sujetimizdə.

İşğaldan azad olunmuş ərazilərdə 2 min 764 şagird yerlik 4 məktəb tikilir. Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov bildirdi ki, Qarabağın bərpası misli görünməmiş böyük bir layihədir.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə,  Şuşa şəhərində əsas bina və obyektlərin istiliklə təmin olunması üçün qazanxanalar, yarımstansiyalar quraşdırılıb. hazırda məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir.

Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç  ölkəsinin minatəmizləmə və məcburi köçkünlərin geri qaytarılması sahəsində təcrübəsindən danışaraq,  qeyd etdi ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatın imzalanmasından sonra 224 nəfərin mina qurbanı olduğunu açıqlayıb.