• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 18.06.2022 20:39

Erkən nikah və onun fəsadlarından danışılıb

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evinin və 2 saylı Gəncə regional "ASAN Xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah və onun fəsadları” mövzusunda təlim keçilib. Təlimin keçirilməsində məqsəd  gəncləri erkən nikahların doğurduğu fəsadlar və cəmiyyətə vurduğu ziyan ilə bağlı maarifləndirmək, dövrümüzün mühüm və aktual problemi olan erkən nigahların mənfi nəticələri ilə bağlı məlumatlandırmaq, bu məsələyə diqqəti cəlb etmək və yaranan mənfi nəticələri göstərməklə problemin həllinə doğru addım atmaqdır. 50-ə yaxın gəncin qaıtdığı təlim 2 gün davam edib. Həmçinin təlimlərə psixoloqlar da cəlb olunub ki, bununla da iştirakçılar mövzuya müxtəlif aspektlərdən yanaşmaq şansı əldə ediblər.