• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1049
— 18.06.2022 20:30

Ölkənin ilk ekoparkında ekzotik istirahət mümkün olacaq

KepezTV Player

Gəncədə fərqli dizaynı ilə seçiləcək, müsair üslübda olacaq ekoloji park kompleksi yaradılır. Respublikada ilk olacaq parkda sakinlərin istirahəti üçün hər şey nəzərə alınıb.

Azərbaycanda ilk dəfə olaraq Gəncədə ekaloji park yaradılır. Pilot layihə olaraq yaradılan park bu ərazidə inşa edilir. Parkda olan bu binanın hündürülüyü isə 22 metr olacaq.

Ekoloji Park Əli Məmmədov küçəsində Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin  Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində salınır. Gəncəçayının sağ sahilində 11 ha ərazini əhatə edəcək istirahət məkanının inşaat sahəsi 2 min kv metrə yaxındır. Binanın tikinti işləri yekunlaşdıqdan sonra çay sahili boyunca bulvar da salınacaq.

Sələddin Hacıyev MKTİB-nin mühəndis-texniki nəzarətçisi: Bu obyektin çala hissəsi qazılıbdır. Təməl qoyulması işləri gedir. Obyekt iki mərtəbə və zirzəmidən ibarət olacaq. Üstü və yan hissəsi şüşə ilə bağlanacaq. Orada nadir bitkilər əkiləcək və insanlar orada rahat dincələ biləcəklər.

Həmçinin ərazidə 4 böyük istixana, hovuzlar,iaşə obyektləri və avtomobil dayanacağı da olacaq. Park üçün ayıca transfarmator qoyulacaq. Açıq havada əkiləcək nadir ağaclar və gül-çiçək kolları, həm də ting formasında yetişdirilib şəhərin yaşıllaşdırılmasında istifadə ediləcək. Əhalinin istirahətini mənalı etmək üçün kompleksdə müxtəlif növ balıqların saxlanılacağı akvarium da olacaq.

Elmar Əzizov MKTİB-nin rəis müavini: Ekoloji parkda müxtəlif ağac və güllərin becərilməsi üçün şərait olacaqdır. Şəhər saxkinləri və gələn qonaqlar həmin parkda gəzintilər edə bilcək. Müxtəlif qeyri-adi bitkiləri dekarativ ağacları orada seyr edib baxa biləcəklər. Üç ildən artıqdır ki, Gəncə şəhərinin park və xiyabanlar üçün gülləri, ağacları burada özümüz yetişdiririk. Sakinlərin istirahət etdiyi parklara əkirik. Bizim yaşıllaşdırma sahəsində bu gülçülük təsərrüfatıda davamlı olaraq qalacaqdır.

Gəncədə ümumilikdə 14 park və istirahət guşəsi var. Bu məkanların yaşıllıqlarla təminatı Gülçülük təsərrüfatında yetişdirilən 30 növdə 100 minə yaxın gül-çiçək və 20 növdə ağac hesabına təmin edilir. Park tikinti işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Ümumilikdə isə parkın tam hazır olması gələn ilin ortalarına planlaşdırılır.