Gəncə şəhər Abbas Səhət adına Xəstəxanada yeni labaratoriya yaradılıb. Burada istənilən analizi etmək mümkündür. Qanla bağlı müxtəlif təyinatlı yoxlamaların təyini, biokimyəvi analizlər ixtisaslı kadrlar tərəfindən aparılacaq. Verilən hər bir analiz nümunəsi üzrə cavab isə elə həmin gün, 2-3 saat ərzində məlum olacaq. Ümumilikdə burada 150-ə yaxın laborator parametrlərə baxmaq mümkün olacaq. Bu da qərb bölgəsində imkanlarına görə ən laboratoriya deməkdir.
İlkin Ismayılov Abbas Səhhət adına Xəstəxananın baş həkimi: Yeni laboratoriyamızda müayinələr 24 saat ərzində cavablandırılacaq. Təcili yardıma müraciət edən xəstələr artıq cavabsız qalmıyacaq. Qanın ümumi analizi, qan qurupu, biokimyəvi analizlər tam zamanında xəstələrə veriləcək. Tam müasir avadanlıqlardır. Qanın ümumi analizi hemaqramı sismeks cihazı ilə, biokimyəvi hormal analizlər isə bekman cihazı ilə cavablandıracağıq.
Elza Paşayeva laboratoriyanın müdiri: Laboratoriyada çalışan həkimlərimiz, orta tibb heyyətlərimiz hamısı ixtisaslaşımışdır. Sertifkasiyadan keçən mütəxəsislərdir. 24 saat faəliyyət göstərən laboratoriyamız ödənişsizdir.
- Baxış: 1088