KepezTV Player
Ombudsmanın Gəncə Regional Mərkəzinin, şəhər icra hakimiyyətinin və Azərbaycan Texnologiya universitetinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Hər il mayın 18-dən iyunun 18-dək qeyd olunan aylığın keçirilməsində məqsəd tələbələrə öz hüquqları ilə bağlı ətraflı məlumat vermək, onların bu sahədə maarifləndirilməsini təmin etməkdir. Mövzu ilə bağlı müxtəlif qurumların nümayəndələri çıxışlar edib, aktiv müzakirə şəraitində tələbələrlə sual-cavab aparılıb. 200-ə yaxın tələbənin iştirakı ilə keçirilən tədbirin sonunda insan hüquqularına dair videoçarx da nümayiş olunub.
- Baxış: 789