"Ötən il 3 000, 44 günlük Vətən müharibəsindən sonra isə ümumilikdə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib". Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib ki, ötən dövrdə ümumilikdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verib. Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. İl ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində isə son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib.
- Baxış: 836