• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 11.06.2022 11:48

Narkotik bitki yetişdirən rayon sakini saxlanılıb

KepezTV Player

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Turxan Həsənli saxlanılıb. Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 2 kiloqrama yaxın heroin, metamfetamin, 320 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.Araşdırma zamanı Turxan Həsənlinin sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşdığı məlum olub. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb. Niyaməddin Əliyev və Turxan Həsənli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zeynal Zeynalov saxlanılıb. Onun rayon ərazisindəki meşəklikdə xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik xassəli çətənə - Kannabis bitkiləri yetişdirdiyi m’lum olub. Aşkarlanan narkotik bitkiləri dipçəkdə əkdiyini dindirilmə zamanı etiraf edən saxlanılan şəxs müəyyən müddət sonra sözügedən əraziyə köçürdüyünü bildirib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.