KepezTV Player
Gəncədə yazıçı-publisist Səriyyə Müslümqızının yeni nəşr olunan kitabı ictimayyətə təqdim edilib. “Geriyə baxma” adlı kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən Xocalıda törətdikləri soyqırımndan bəhs edilir. Xocalıda öldürülən günahsız insanların arasında müəllifin anası da olub. Kitabda da qırğına məruz qalan insanların həyatından bəhs olunur. Dünyanın gözü qarşısında törədilən bu qətliamın səbəbkarlarının hələ də cəzalandırılmamasının insanlığa qarşı cinayət olduğu diqqətə çatdırılıb. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunan filim də iştirakçılara təqdim edildi.
- Baxış: 1046