• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 09.06.2022 19:38

Sakinlər kanalizasiya problemindən əziyyət çəkirlər

KepezTV Player

İndi isə ekrana Gəncədəki kanalizasiya problemi ilə bağlı süjeti gətirəcəyik. Televiziyamıza müraciət edən sakinlər yaşadıqları ərazidəki çətin durumdan şikayətçidirlər.

Söhbət Fikrət Əmirov küçəsi, bina 20 ünvanından gedir. Yaz fəsli başlayandan demək olar ki hər gün kanalizasiya xətləri tutularaq daşır və ətrafda xoş olmayan mənzərə yaranır. Həm ifunət qoxusu, həm çirkab suların xəstəlik mənbəyi olması, eləcə də bu durumun binaya giriş-çıxışa çətinlik törətməsi sakinləri təngə gətirib.

Fikrət Əmirov küçəsi, 20 nömrəli binada acınacaqlı vəziyyət 2 aya yaxındır ki davam edir. Burada antisanitasiya vəziyyətindən 70-ə yaxın ailə əziyyət çəkir.

Sakinlərin sözlərinə görə xətləri təmizləmək üçün gün ərzində 2-3 dəfə adiyyatı quruma çağırış edilir. Ancaq nəticə istənilən olmur.

Məsələ ilə bağlı Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinə yollandıq. Burada bildirildi ki, Fikrət Əmirov küçəsi, 20 nömrəli binadakı mövcud vəziyyətdən xəbərdardırlar və ən qısa zamanda tikilinin kanalizasiya xətləri yeni şəbəkəyə qoşulacaq.

Ümid edək ki verilən vəd yaxın günlərdə reallıq olacaq və bina sakinləri normal həyat tərzinə qayıdacaqlar.