• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 09.06.2022 16:13

Ədliyyə işçiləri bələdiyyə üzvlərini maarifləndiriblər

KepezTV Player

Şəmkirdə Regional Ədliyyə İdarəsinin yurisdiksyasına daxil olan Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon bələdiyyələrinin üzv və qulluqçularının iştirakı ilə seminar keçirilib. İdarə rəisi Zahir Hümbətov dövlət idarəçiliyinin bütün sahələrində, o cümlədən yerli özünüidarəetmənin həyata keçirilməsində aparlılan islahatlardan danışıb, bələdiyyələrin işinin davamlı olaraq təkmilləşdirildiyini vurğulayıb. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati İdarəsinin baş məsləhətçisi İsrafil Mustafayev, Bələdiyyələrlə İş Mərkəzinin böyük məsləhətçisi Səfa Cəfərov və mərkəzin məsləhətçisi İlyas Kərimov yerli büdcə gəlirlərinin artırılması üçün həyata keçirilməli olan tədbirlər, müvafiq qanunvericiliyin tələbləri, korrupsiya risklərinin azaldılması məqəsdi ilə bələdiyyələrin fəaliyyət sferası barədə ətraflı məlumat veriblər. Həmçinin yerli büdcənin icrasına dair hesabatların qanunuyğunluğunun təmin edilməsi, bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə olunmasına dair iştirakçılar maarifləndiriliblər. Seminar qarşılıqlı diskusiya şəklində davam edib. Şəmkir Regional Ədliyyə İdarəsinin rəsmiləri və Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları iştirakçıları maraqlandıran suallara aydınlıq gətiriblər.