KepezTV Player
Kəlbəcərdən Laçına sıldırımlı dağlıq, qayalıq, meşəlik ərazidən keçməklə 110 kilovotluq elektrik xətti çəkilir. “AzərEnerji”dən verilən məlumata görə, paralel olaraq Laçının Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə rəqəmsal yarımstansiya da tikilir. Yeni yarımstansiya Laçında tikiləcək hava limanı, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə qurulacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
- Baxış: 482