• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1479
— 08.06.2022 12:35

DİM jurnalistikaya qəbul olmaq istəyən bakalavrlara müraciət edib

KepezTV Player

Ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün qeydiyyatdan keçən bakalavrlar qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və iyunun 9‑dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar. Magistraturaya qəbul olmaq üçün 68, 69 və 70 saylı proqramları seçən bakalavrlar da "Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.