• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 07.06.2022 19:40

Evə basqın edildi, qadın bıçaqlandı

KepezTV Player

Ağstafada maskalı şəxs evə basqın edib. Hadisə şəhərin Nəriman Nərimanov küçəsində baş verib. Evdən müəyyən məbləğdə pul oğurlayan şəxsi həyətə düşən  26 yaşlı Pünhan Bayramova görüb. Qışqırmaq istəyən zaman evə basqın edən şəxs ona bıçaqla xəsarət yetirib və hasardan adlayaraq ərazidən uzaqlaşıb. Qadının köməyinə isə işdən evə dönən həyat yoldaşı çatıb və o, xəstəxanaya yerləşdirilib. Əraziyə dərhal polis əməkdaşları gəlib. Hadisəni törədən şəxsin cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb.